Paşinyanın beyni yüklənib: Zəngəzur dəhlizi ilə bağlı kimin təklifini qəbul edəcək?

Paşinyanın beyni yüklənib: Zəngəzur dəhlizi ilə bağlı  kimin təklifini qəbul edəcək? backend

"Nikol Paşinyanın beyni xeyli yüklənib. Tehran ona deyir ki, Zəngəzur dəhlizini açma, Azərbaycana müqavimət göstər, Kreml tələb edir ki, Avropa İttifaqı müşahidəçi missiyasını Ermənistandan çıxart və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını təmas xəttində yerləşdir, ABŞ və Avropa təmsilçiləri isə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağa və bununla regional enerji və nəqliyyat layihələrində iştiraka dəvət edirlər".

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur. Siyasi şərhçi paylaşdığı feysbuk yazısında qeyd edib ki, Paşinyan Azərbaycanla bağlı amerikalı və avropalı nümayəndələrin təkliflərini qəbul etməkdə həvəslidir:

"Nikol Paşinyanın son çıxışı göstərir ki, o amerikalı və avropalı nümayəndələrin təkliflərini məqbul saymağa həvəslidir və elə ona görə də deyib ki, Azərbaycan bölgədə enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilib və bu amillə hesablaşmaq məcburiyyətindədir. Paşinyan Kreml və Tehranın təxribatçı dəstəyinə uymayaraq hərəkət etsə, sülhə yaxınlaşmaq mümkün olacaq, əks halda, yəni o qərarsızlığını davam etdirsə məsələ yenə uzanacaq və bu həm ona, həm də Ermənistana əlavə problemlər yaradacaq".

QAZİLER.AZ
 

Diaspora