Paşinyan Azərbaycanla sülh sazişini niyə GECİKDİRİR?

Paşinyan Azərbaycanla sülh sazişini niyə  GECİKDİRİR? backend

"Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır?"

Qaziler.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu sualı açıqlayacaq yazı paylaşıb. Sualının şərhində politoloq Paşinyanın sözü ilə əməlinin üst-üstə düşmədiyini belə izah edib:

"Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur. Çünki Nikol Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir. Ancaq Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır. Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir".

QAZİLER.AZ

Diaspora