Ermənistan hakimiyyəti Qarabağ məsələsini müzakirəyə çıxarmaqla manipulyasiya edir - Politoloq

Ermənistan hakimiyyəti Qarabağ məsələsini müzakirəyə çıxarmaqla manipulyasiya edir - Politoloq backend

"Ermənistan hakimiyyəti Qarabağ məsələsini müzakirəyə çıxarmaqla manipulyasiya edir".

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin bağlanması mətnində Qarabağ məsələsini qeyd etməyəcək. Ermənistan rəsmən 29.8 min kvadrat km. ərazinin təhlükəsizliyi və sərhədlərlər çərçivəsində sülh müqaviləsinin bağlanmasını qeyd edib. Göründüyü kimi Ermənistan hökuməti rəsmən Azərbaycana ərazi iddialarından və Qarabağla bağlı məsələlərdən geri çəkilib. Amma, Qarabağ məsələsinin həllini vurğulayıb. Halbuki münaqişə bitdiyi üçün Ermənistan bu məsələdən geri çəkilib.

Ermənistan hakimiyyəti Qarabağ məsələsini müzakirəyə çıxarmaqla manipulyasiya edir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması Vaşinqtonun vasitəçiliyi ilə bağlana bilər. Amma, Ermənistanda siyasi hakimiyyət vaxt qazanmağa çalışır. Elan etdikləri mövqe isə, proseslərdə Yerevanın obyektiv kimi göstərməkdir", - deyə politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora