Ermənilərin Azərbaycana qarşı təxribatları bitmək bilmir. Bu nankor millətin azğınlığını dərəcəsi, həddi-hüdudu, limiti yoxdur. Beynəlxalq səviyyədə heç bir cəza almayan Ermənistanın azərbaycanlılara, türklərə qarşı nifrəti bütün hədləri aşmaqdadır.
Xəbər verdiyimiz kimi, ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılmışdı.
Bunun ardınca dünən sözügedən çempionatda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib.
Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayrağı bir neçə hissəyə parçalanmış şəkildə asılıb.
"Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev ermənilərin sərhəd tanımayan, davamlı həyasızlığının hiddət doğurduğunu bildirib. "Ermənilər həmişə olduğu kimi yenə də təxribata əl atdılar. Bu millət üçün fərqi yoxdur: mədəniyyət, dəyər, idman bilmirlər. Hər yerdə təxribata əl atırlar. Həyasızlıqlarının həddi-hüdudu yoxdur. Onlar törətdikləri əməllərinə, təxribatlarına görə cəza almasalar qudurğanlıqları bir az da artacaq", - deyə birlik rəhbəri qeyd edib.
Asəf Əliyev bildirib ki, Ermənistanda azərbaycanlılara qarşı nifrət və ayrı-seçkilik siyasətinin davamı olan bu addımlar beynəlxalq idman təşkilatları tərəfində kəskin qınanmalı, Ermənistanda hər hansı mötəbər yarış təşkili olunmamalıdır.
QAZİLER.AZ