Ermənilərin revanşist əməlləri hər gün güclənir - Səfir

Ermənilərin revanşist əməlləri hər gün güclənir - Səfir backend

Ermənistan telekanalları Azərbaycan əsgərlərinin hədəfdə qalmasını əks etdirən kadrları paylaşır. Bu, Ermənistanın növbəti təxribatı və eskalasiyaya gətirib çıxara biləcək çağırışdır.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tvitter səhifəsində növbəti erməni təxribatı barədə yazıb.

“Ermənilərin əvvəlcədən düşünülmüş revanşist əməlləri günü-gündən güclənir və insan tələfatına səbəb olur. Təcavüz dayandırılmalıdır”, - diplomat bildirib.

Qeyd edək ki, erməni hərbçiləri snayper tüfənginin nişangahı ilə əsgərlərimizi nişan alıb və bunu kamera ilə çəkərək sosial mediada paylaşıblar.

 

 

Diaspora