Litva XİN Azərbaycanla perspektiv əməkdaşlıq istiqamətlərini açıqlayıb

Litva XİN Azərbaycanla perspektiv əməkdaşlıq istiqamətlərini açıqlayıb backend

Azərbaycan Litva ilə yüksək texnologiyalar, informasiya texnologiyaları, qida sənayesi, logistika, bərpa olunan enerji mənbələri kimi sahələrdə əməkdaşlıqda maraqlı ola bilər.

QAZİLER.AZ.AZ Trend-ə istinadən verdiyi məlumata görə, Litva Xarici İşlər Nazirliyindəki mənbə xatırladıb ki, son bir il ərzində iki mühüm ikitərəfli səfər baş tutub: Azərbaycan Milli Məclisinin sədri Litvada, Litva Prezidenti Gitanas Nauseda isə Azərbaycanda rəsmi səfərdə olub.

"İqtisadi diplomatiyaya çox diqqət yetirildi. Litvanın 15 müəssisəsini və biznes strukturunu təmsil edən nümayəndə heyəti Prezidentlə birlikdə Litva-Azərbaycan biznes forumunda iştirak edib", - deyə o bildirib.

XİN-dən bildirilib ki, 2022-ci ildə Azərbaycan ilə Litva arasında ticarət dövriyyəsi 19 faiz, Litvanın ixracı isə 50 faiz artıb.

Qeyd edilib ki, Litva və Azərbaycanın dövlət və özəl sektorlarının nümayəndələri ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və logistika, innovasiyalar, kiçik və orta biznes sahələrində daha sıx əməkdaşlıq üçün yeddi anlaşma memorandumu imzalayıblar.

Bundan əlavə, iki ölkə hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.

"Azərbaycan Litva üçün işgüzar əlaqələrin inkişafı üçün əhəmiyyətli potensiala malik mühüm tərəfdaşdır və qlobal bazarda artan rolu ilə Avropa və Asiya arasında ən mühüm həlqələrdən biridir", - deyə Nazirlikdən bildirilib.

 

 

 

Diaspora