İran və Azərbaycan xarici işlər nazirləri arasında növbəti telefon danışığı baş tutub.
QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat paylaşıb.
Telefon danışığında tərəflər iki ölkə arasında razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Xarici işlər nazirlərinin görüşünün iki ölkənin paytaxtlarında gerçəkləşdirilməsi ilə bağlı ümumi razılıq ifadə edilib.
Qeyd edək ki, hələlik telefon danışığı ilə bağlı rəsmi açıqlama yoxdur.