Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ilə görüşb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, görüş zamanı S.Əsədlinin bu yaxınlarda ABŞ-a səfəri haqda ətraflı fikir mübadiləsi aparılıb.
Samir Əsədli ABŞ-ın yerli idarəetmə strukturları, seçki, məhkəmə, təhsil sistemi haqda müşahidələrini bölüşüb, diplomatla müzakirə aparıb.
Sonda S.Əsədli maraqlı və səmimi şəraitdə keçən görüşə görə cənab Gevaraya təşəkkür edib.