"Erməni əsirlər Bakıdan İrəvana kökəlmiş, sağlam şəkildə qayıtdı".
Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Asif Nərimanlıya məxsusdur. O, ermənilərin azərbaycanlı hərbçilərimizə qarşı törədilən işgəncəylə bağlı şərhində bunları bildirib:
"Azərbaycan hərbçiləri də tutduqları erməni əsgərlərə hansısa bölgəyə, yaxud tanışına salam göndərməkdən başqa nəsə etmirdilər. Bu, azərbaycanlıların etdikləridir, yolunu azan əsgərimizin üzləşdiyi işgəncə ermənilərin. O işgəncəni hələ erməni əsgəri yox, mülki şəxsləri edib. Buna rəğmən, həmişə ittiham altında bizi qoyublar, həm dünya tərəfindən, həm də elə yanımızdakı “humanistlər” tərəfindən".
QAZİLER.AZ