İran səfiri Hikmət Hacıyevlə görüşüb

İran səfiri Hikmət Hacıyevlə görüşüb backend

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Qaziler.az xəbər verir ki, bunu iranlı diplomat tviterdə yazıb.

“Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - səfir bildirib.

Qeyd edək ki, aprelin 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Müzakirələr zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Diaspora