"Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlüd Çavuşoğlu və Hulusi Akar bugünkü açıqlamalarında Türkiyənin Azərbaycana hər zaman dəstək verəcəyini, buna nümunə olaraq İkinci Qarabağ müharibəsini göstəriblər. Bu, Mövlud Çavuşoğlunun və Hulusi Akarın nazir vəzifələrində Türkiyə-Azərbaycan ittifaqıyla bağlı son açıqlamaları ola bilər".
Qaziler.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb. O bunu may ayında Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib:
"Mayın 14-dən sonra Mövlud Çavuşoğlu və Hulusi Akar nazir vəzifələrində olmayacaqlar, ən yaxşı halda hakim partiyanı millət vəkili kimi parlamentdə təmsil edəcəklər. Buna baxmayaraq, Mövlud Çavuşoğlu və Hulusi Akar Azərbaycanla ittifaqın dönməz olduğunu bir daha xatırlatmaqla özlərindən sonrakı nazirlərə bu siyasətin davamı vacibliyi mesajını göndəriblər. Biz də buna ümid edirik".
QAZİLER.AZ