Hazırkı vaxtadək 380-i uşaq, 32-si qadın olmaqla 412 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib.
Bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, azərbaycanlıların əksəriyyətinin saxlanıldığı Suriya Ərəb Respublikasının ərazisində yerləşən qaçqın düşərgələrinin və həbsxanaların qeyri-legitim qurumların, o cümlədən qanunsuz silahlı qruplaşmaların nəzarəti altında olması prosesin həyata keçirilməsinə ciddi çətinliklər yaratsa da, problemin həlli üçün bütün mümkün variantlar aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir, həmin ərazilərdə təsir imkanlarına malik tərəfdaş ölkələrin köməkliyindən istifadə olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir:
"Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlər nəticəsində 2022-ci il ərzində Suriya Ərəb Respublikasından 48-i uşaq, 13-ü qadın olmaqla 61 nəfər, İraq Respublikasından 2-si uşaq, 3-ü qadın olmaqla 5 nəfər azad olunaraq respublikamıza gətirilmişdir. Ümumiyyətlə isə hazırkı vaxtadək 380-i uşaq, 32-si qadın olmaqla 412 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilmişdir. Bu şəxslər azad olunduqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən onların reabilitasiyası prosesi həyata keçirilir. Hazırda da bu istiqamətdə fəaliyyəti davam etdirilir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.