Sülhməramlıların Qarabağdan Rusiya vətəndaşlarını çıxartmaq fəaliyyəti intensivləşib - Politoloq

Sülhməramlıların Qarabağdan Rusiya vətəndaşlarını çıxartmaq fəaliyyəti intensivləşib - Politoloq backend

"Yadınızdadırsa, Azərbaycan cəmiyyəti uzun müddət Qarabağdakı ermənilərə pasport paylama mövzusunda ciddi narahatçılıq keçirirdi. Qarabağda rus icması yardıldı, mədəniyyət abidələri filan quruldu, rus dili mövzusu aktuallaşdı və s. Buna paralel olaraq Rusiyanın Qarabağı Abxaziyaya və ya Donbasa çevirmək barədə şərhlər gündəmə gəldi".

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Nazim Cəfərsoya məxsusdur. O, Lavrovun Qarabağ barədə Donbas modelini xatırladaraq bunları vurğulayıb:

"Ən sonda Lavrov Qarabağ barədə Donbas modelini xatırlatmışdı. Fikir verirəm Laçın yolunda aksiyalar başlayandan və xüsusilə də Vardanyanın gedişindən sonra Rusiya sülhməramlılarının Qarabağdakı Rusiya vətəndaşlarını çıxartmaq yönündə fəaliyyətləri son həftələrdə xüsusilə intensivləşib. Ən son 63 nəfər Rus vətəndaşını çıxardıblar bölgədən.

Qarabağda Azərbaycanın suverenliyini təmin etmə prosesinin gedişatına həm də bu aspektdən baxın!"

QAZİLER.AZ

Diaspora