Türkiyə Prezidenti Ərdoğan Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb - VİDEO

Türkiyə Prezidenti Ərdoğan Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb - VİDEO backend

Aprelin 7-də Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mətbuata qapalı keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə etmək üçün xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə gəlib.

Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətin pisləşməsinə baxmayaraq, Rusiya ilə Türkiyə arasında siyasi dialoqun ilk növbədə liderlər səviyyəsində davam etdiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora