Qaribaşvilini təcili olaraq Azərbaycana gətirən SƏBƏB

Qaribaşvilini təcili olaraq Azərbaycana gətirən  SƏBƏB backend

Gürcüstan Baş naziri İ. Qaribaşvilini Azərbaycana işgüzar səfəri əsasən, xarici təzyiqlərin fonunda reallaşır.

Qaziler.az bildirir ki, bununla bağlı politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

Gürcüstanın Baş naziri İraqkli Qaribaşvilinin Azərərbaycana səfərini şərh edən politoloq bunları yazıb: "Gürcüstan hökumətinə qarşı ABŞ və Avropa İttifaqı sanksiyaları gündəmə gətirir, bir neçə hakimə qarşı sanksiyalar tətbiq edilib. Gürcüstan xarici işlər naziri ABŞ dövlət katibi E. Blinkenə məktub göndərərək sanksiyaların iki dost ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olacağını vurğulayıb.

Qərbdən Gürcüstana ciddi təzyiqlər formalaşır. Hətta yeni inqilabın baş verməsi də gündəmdədir.Demək olar ki, Gürcüstan rəsmiləri Qərbdə arzuolunmazdı. Ölkə parlamentində "xarici agentlər" haqqında qanunun qəbul edilməsi və sonradan geri götürülməsi Qərbdə Gürcü Arzusu hökumətinə qarşı mənfi siyasi çalarların formalaşmasına səbəb oldu. Rəsmi Tiflisi Rusiyanın maraqları kontekstində siyasət aparılmasında iddiham edirlər.

Həqiqətən Gürcüstan hökuməti Qərblə əlaqələri aşağı səviyyəyə endirərək, Rusiya Ukrayna müharibəsində sual doğuran və neytrallıqdan əlavə, Moskvanın tərəfdaşı kimi hərəkət etdi. Gürcüstan Qərblə Rusiyanın nüfuz uğrunda yenidən mübarizə mərkəzinə çevrilib.

Azərbaycanın regionda həyata keçirdiyi unikal siyasət, Qərblə prezident İlham Əliyevin münasibətlərinin yüksək olması İ. Qaribaşvilinin Azərbaycanın ciddi dəstəyinə ehtiyacı olduğunu göstərir. Azərbaycan Gürcüstanın yanında olub, daima dəstəyini ifadə edib. Qeyd edim ki, Gürcüstan Azərbaycanı və Ermənistan arasında danışıqlar platforması ola bilər. Zamanla gündəliyə gətirilib. İ.Qaribaşvili N. Paşinyanın xahişini də gətirməsi istisna deyil. Bir sözlə, Cənubi Qafqazın hər iki ölkəsi Azərbaycandan aslı vəziyyətə gəlib".

QAZİLER.AZ

Diaspora