Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin Statunun Ermənistan Konstitusiya məhkəməsi tərəfindən təsdiqlənməsi ətrafında gərginlik böyüyür. Yeni əks-sədalar var.
Bir neçə gün öncə Rusiya XİN məsələyə "yolverilməzdir "deyə qəribə reaksiya vermişdi. Qəribəlik ondadır ki, BCM (Beynəlxalq Cinayət Məhkəməsi) Putinin həbsinə order verir, Ermənistan da 1999-cu ildən bu məhkəmənin Statutunu imzalasa da, üstündən 24 il ötsə də onu sanki indi yadına düşürmüş kmi ratifikasiya edir. Rusiyada yaxşı anlayırlar ki, məsələ sadəcə yada düşüb-düşməməkdə deyil, ondadır ki, Ermənistan 24 ildən sonra bu qərarı verməklə BCM-nin Putinin həbsi ilə bağlı orderinə ən azı siyasi həmrəylik nümayiş etdirib və dünyaya göstərib ki, indiki anda "duxu çatmasa" da, məqamı yetişən kimi Putini həbs edəcək.
Qəribəlik Rusiyanın bu jesti tam anladığı halda "yolverilməzdir" kimi yumşaq bir reaksiya ilə ötüşməsindədir. Lakin yumşaqlıq zahirdədir, daxildə isə Rusiyanın böyük narahatlığı var. Rusiya erməni Konqresinin ratifikasiya qərarından imtina çağırışı ilə Ermənistan rəhbərliyinə müraciəti bunu sübut edir.
Konqres açıq deyib ki, bu qərarla Ermənistan dövlətçiliyini məhvə aparırsınız və "Dağlıq Qarabağ "ermənilərini təhlükəyə atırsınız. Konqres xatırladır ki, əgər bununla Azərbaycanı beynəlxalq məhkəməyə cəlb etmək istəyirsinizsə, bu mümkün deyil, çünki Azərbaycan Roma Statunu imzalamayıb. Əslində erməni Konqresi bununla Ermənistana Rusiya rəhbərliyinin "ürək sözlərini "çatdırır ki, Azərbaycanı bəhanə etsəniz də başa düşürük ki, Putinə qarşı Qərbin qərarı ilə həmrəylik nümayiş etdirirsiniz.
Görək Ermənistan rəhbərliyi Konqresə nə cavab verıcək...
Politoloq Aydın Quliyev
QAZİLER.AZ