Erməni mənbələr dünən gecə saatlarında Azərbaycan tərəfinin Gorus-Xankəndi yolunun Laçın rayonuna daxil olan hissəsində yolu bağladığına dair iddia irəli sürüb.
Məlumata görə, Azərbaycan Laçın dəhlizin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır.
Məlumat doğrudursa, bu, Gorus-Xankəndi yolunun Ermənistan sərhədindən başlayan hissəsinin - tamamilə yeni marşruta köçürülən Laçın dəhlizinin nəzarətə götürülməsi deməkdir. Və bu həm də rəsmi Bakının dəfələrlə gündəmə gətirdiyi “Laçın yolunun Ermənistan sərhədindən başlayan hissəsində nəzarət-keçid məntəqəsi qurulmalıdır” istəyinin gerçəkləşməsinə doğru praktiki addım hesab edilə bilər.
Siyasi şərhçi Asif Nərimanlı
QAZİLER.AZ