Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Macarıstan prezidenti Katalin Novak ilə Prezident Sarayında görüşüb.
Qaziler.az “Yeniakit.com”a isinadla xəbər verir ki, Ərdoğan və Novak ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirib. Çıxışı zamanı Ərdoğan Macarıstan prezidenti Novak və onun rəhbərlik etdiyi nümayəndə heyətini Ankarada qəbul etməkdən çox məmnun olduğunu bildirib. Daha sonra Ərdoğan Genişləndirilmiş Strateji Tərəfdaşlıq əsasında Türkiyə-Macarıstan əlaqələrini hər sahədə daha da gücləndirmək üçün ortaq iradələri təsdiqlədiklərini vurğulayıb:
“Yeri gəlmişkən, mən cənab Orbana və prezidentimizə də bildirdim ki, TANAP vasitəsilə təbii qazın Macarıstana çatdırılması ilə bağlı indidən Azərbaycanla birlikdə hər cür dəstəyi verməyə hazırıq. Bu baxımdan hədəfimizə doğru qətiyyətlə gedirik”, - Ərdoğan deyib.
QAZİLER.AZ