Britaniyada müstəmləkələrin sakinləri keçmiş imperiyanın sükanı arxasına keçir

Britaniyada müstəmləkələrin sakinləri keçmiş imperiyanın  sükanı arxasına keçir backend

Məşhur inqilabçı Çe Qevarra deyirdi ki, dünya o zaman dəyişəcək ki, ABŞ-ın prezidenti qaradərili olacaq, Vatikana hansısa argentinalı həmyerlisi rahib rəhbər seçiləcək. İkisi də oldu, qaradərili Barak Obama Amerikanın 8 il prezidenti oldu, argentinalı Fransisk isə Vatikana rəhbərlik etdi.

Oxşar hadisə Böyük Britaniyada baş verib. Hind əsilli Rişi Sunak Böyük Britaniyanın baş naziri kimi fəaliyyət göstərərkən, Pakistan əsilli Həmzə Yusif Şotlandiyanın yeni baş naziri seçilib. Həmzə Yusif baş nazir vəzifəsində Nikola Sterceni əvəz edəcək. Stercen fevral ayında istefa verib. Həmzə Yusif Şotlandiyada anadan olsa da, atası Böyük Britaniyaya Pakistandan gəlib. Maraqlıdır ki, Həmzə Yusif də Nikola Stercen kimi və Şotlantiya Milli Partiyasının yeni rəhbəri olaraq Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır. Dünya həqiqətən dəyişir. Böyük Britaniyanın kralları yüz illər boyu idarə etdikləri müstəmləkələrdə yaşayanları insan yerinə qoymadılar, onlara zülm etdilər, zaman keçdi, Britaniyada idarəetmə forması və irqi baxışlar dəyişdi və həmin müstəmləkələrin sakinləri keçmiş imperiyanın sükanı arxasına keçdilər.

Politoloq Elxan Şahinoğlu

QAZİLER.AZ

Diaspora