Azərbaycanın Ermənistanla daimi gərginliyi davam edir. Türkiyədə seçkilər səbəbiylə daxildə baş qarışıqdır. İsraildə də daxili siyasətdəki vəziyyət də yetərincə mürəkkəbdir. Rusiya ilə Qərbin da başı Ukrayna səbəbiylə yetərincə qarışıqdır. ABŞ-ın da Çinlə münasibətləri çox tərəfli gərginləşməyə davam edir. Digər tərəfdən Rusiyada və Qərbdə həm də Ermənistanın Azərbaycan əleyhdarı təbliğatı güclənərək davam edir. Pakistanda da vəziyyət yetərincə mürəkkəbdir.
İran rejiminin Azərbaycana yönəlik siyasi, təbliğati və təhlükəsizlik xarakterli həmlələri də güclənir. Zamanında Rusiya və Qərbi bizə qarşı öz səngərinə məharətlə çəkən Ermənistan da rəsmi Tehranı bir yandan təhrik edir. Ətrafda Azərbaycanı "İranın Ukraynasına" çevirmək istəyən dost görünümlülər də çoxdur!
Bu geosiyasi mənzərə heç ürəkaçan deyil! Bu şərtlərdə İran rejimi Azərbaycana qarşı hər cür yeni və geniş miqyaslı provakasiyaya və sabotaja əl ata bilər.
Azərbaycan dövlətinin maksimum diqqətli olmasında və İranla münasibətlər mövzusunda daha kontrollü davranmasında və mövzunu da daima müttəfiqlərinin diqqətində saxlaması çox zəruridir!
Siyasi şərhçi Nazim Cəfərsoy
QAZİLER.AZ