“Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
O bildirib ki, sənəd Bakı ilə İrəvan arasında imzalanacaq.
Nazirin sözlərinə görə, tərəflər bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.
Report.az