Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
QAZİLER.AZ Axar.az-a istinadən verdiyi məlumata görə, saziş 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Müqavilənin müddəalara görə, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.