Ceyhun Bayramov da Paşinyanın iddiasına qarşılıq bu məsələni qaldırmalıdır!

Ceyhun Bayramov da Paşinyanın iddiasına qarşılıq  bu məsələni qaldırmalıdır! backend

"Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə ermənilərin Şuşa və Hadruta qayıtması mövzusuna toxunub".

Qaziler.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlunun açıqlamasında qeyd olunub. O, bildirib ki, Paşinyan xarici işlər naziri Ararat Mirzoyana tapşırıb ki, bu məsələni BMT-nin qaçqınlar komissarı qarşısında qaldırsın.

"Paşinyan bununla nəyə nail olmaq istəyir? Görünür, Ermənistanın baş naziri beynəlxalq təşkilatlara göndərdikləri şikayətlərin sayını artırmaqla Azərbaycan üzərində üstünlük qazanacağını düşünür. Paşinyanın iddiasının qarşılığında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da BMT-nin qaçqınlar komissarı qarşısında azərbaycanlıların qovulduqları Xocalıya, Şuşanın kəndlərinə, Xankəndinə və Qarabağın digər məntəqələrə qayıtması məsələsini qaldırmalıdır".

QAZİLER.AZ

Diaspora