Politoloqdan TƏKLİF: "Azərbaycan da eyni addımı atmalıdır..."

Politoloqdan TƏKLİF: "Azərbaycan da eyni addımı atmalıdır..." backend

"Ermənistan Laçın yolunun “blokadada” olduğu iddiasını sübut etmək üçün avropalıları sərhəddə yolun başlandığı yerə aparır".

Qaziler.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Asif Nərimanlıya məxsusdur. O, feysbukdakı paylaşımında diqqətçəkən təklif edib:

"ABŞ səfiri Kristina Kvindən sonra İrəvanda səfərdə olan NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen də bölgədə olub. Hətta “Qarabağa qayıda bilməyən” ermənilərlə görüşü də təşkil edilib, halbuki, yoldan mülki şəxslərin və yüklərin keçidində heç bir problem yoxdur. Rasmuesenlə görüşən ermənilər də ya Qarabağda yaşayanlar deyil, ya da İrəvan tərəfindən belə hallarda istifadə edilmək üçün saxlanılanlardır.

Azərbaycan da eyni addımı atmalıdır. Avropadan gələnləri aksiya ərazisinə aparıb blokadanın olmadığını əyani şəkildə göstərmək olar".

QAZİLER.AZ

Diaspora