İrandan Azərbaycana ixrac edilən “Kərimə dövləti” ideyasını dəstəkləyən 32 nəfər saxlanılıb: bu ideyanın icraçısı rolunda SEPAH tərəfindən yaradılan “Hüseyniyyun” qruplaşması çıxış edir.
Sosial şəbəkə platformalarında paylaşımlarına baxdıqda dəstək verənlərin, hətta saxta hesabları çıxsaq belə, az olmadığını görmək olar. Bu baxımdan, saxlanılan 32 nəfərin onların kiçik bir qismi olduğunu deyə bilərik.
Azərbaycanda İran casus şəbəkəsinin neytrallaşdırılması addımlarına Tehran da qarşılıq verməyə çalışacaq. Belə vəziyyətdə Azərbaycan vətəndaşlarının İrana getməsi daha da təhlükəli hala çevrilir, çünki mollalar indi “Azərbaycan casusu” tapmaq üçün hər şeyə əl atırlar.
Sİyasi Şərhçi Asif Nərimanlı
QAZİLER.AZ