Almaniya Fransanın Cənubi Qafqazda itirdiyi yerini tutmaq istəyir! - Elxan Şahinoğlu

Almaniya Fransanın Cənubi Qafqazda itirdiyi yerini tutmaq istəyir! - Elxan Şahinoğlu backend

"Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə dəvət edilib. Bundan bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya işgüzar səfərə dəvət edilmişdi. Qısa müddətdə ərzində Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir".

Qaziler.az xəbər verir ki, bu fikirlər politoloq Elxan Şahinoğluna məxsusdur. O feysbukdakı şərhində bildirib ki, bir tərəf qonaq qismində dəvət olunursa, o biri tərəfə də eyni münasibət göstəriləməlidir. Çünki Paşinyan boşluqdan istifadə edərək Berlində Azərbaycan əleyhinə açıqlamalar verib. Balans bərpa olunmalıdır:

"Almaniya kansleri Olaf Şolts Paşinyanla birgə mətbuat konfransında “Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır” cümləsini işlətmişdi. Bir gün sonra Almaniya hökumətinin saytından Şotlsun bu cümləsi çıxarılsa da, kanslerin bölgə haqqındakı baxışıyla bağlı şübhəmiz ortadan qaldırılmadı. Bu dəfə Şolts prezident İlham Əliyevlə görüşəcək. Əslində Berlin hər iki tərəfdən bərabər məsafə saxlamaqla Parsin Cənubi Qafqazda itirdiyi yerini tuta bilər. Fransa ikinci Qarabağ müharibəsindən sonra balansı tamamən Ermənistanın xeyrinə pozduğu üçün keçmiş vasitəçi statusunu itirib. Bu səbəbdən rəsmi Bakı Fransanın heç bir təşəbbüsünü qəbul etmir. Berlin bu boşluğu doldurmağa iddialıdırsa, Qarabağ mövzusuna qarışmadan Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşdirilməsində Brüssellə birgə fayda verə bilər".

QAZİLER.AZ

Diaspora