Çin nümayəndəndəsi Vu Honqbonun açıqlaması
Ümummilli lider Heydər Əliyev Çin xalqının böyük dostudur və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Heydər Əliyev 100: Həyatı və irsi" konfransında Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.
Vu Honqbo iki ölkə arasında dostluq əlaqələrinin qurulmasında Heydər Əliyevin rolunu qeyd etdi, həmçinin onun ölkələr arasında ticarət əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi.
Çinin xüsusi nümayəndəsi bildirib ki, Heydər Əliyev fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.