Üç xəbəri siz də bilin...
1. Vardanyan vəzifədən formal olaraq getdi, Xankəndindən isə getmədi, "Biz və bizim dağlar"adlı agentlik təsis etdi. Görək indi nə hoqqalardan çıxacaq...
2. ABŞ-ın Qafqazda normallaşma üzrə xüsusi səfiri Luis Bono Yerevanda saxta genosid abidəsinə baş çəkib. Belə normallaşdırıcılıq fəaliyyəti olar? Ona izah edən olmadı ki, bu addım qıcıqlandırıcılıqdan başqa bir şey deyil. Bölgəyə ilk səfərini Azəraycan və Türkiyəni qıcıqlandıran addımla başlayan yeni səfir Azərbaycan -Ermənistan münasibətlərini necə normallaşdıra bilər?!
3. Ancaq Avropa Birliyinin Qafqaz üzrə xüsusi səfiri Toyvo Klaar cənab Bono ilə müqayisədə daha samballı addım atdı.Dedi ki, Laçın yolu ilə nələrin daşındığına dair şəffaflıq ideyası legitimdir, yəni Laçın yolu ilə bölgədəki vəziyyəti gərginləşdirən yüklərin daşınmasına imkan vermək olmaz.
Politoloq Aydın Quliyev
QAZİLER.AZ