Azərbaycanda niyə siyasi inkişaf və dəyişim olmur? - Nazim Cəfərsoy

Azərbaycanda niyə siyasi inkişaf və dəyişim olmur? - Nazim Cəfərsoy backend

"Bizdə niyə başqa ölkələrdəki kimi siyasi inkişaf və dəyişim olmur" sualı bu aralar çox aktualdır. Buna son 40 illik Azərbaycan siyasi tarixinə baxaraq sosial-siyasi təhlil ilə sadə bir cavab vermək olar".

Qaziler.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Nazim Cəfərsoy açıqlamasında deyib. O, həmin sualı şərhində belə cavablandırıb:

"Azərbaycan cəmiyyəti 1988-2005-ci illər arasında öz ictimai-siyasi fəallığını ən yüksək səviyyədə göstərib. Bu prosesdə müstəqillik əldə edilib, ancaq cəmiyyətin rifahı, demokratiya və hüquqi dövlətin qurulması sahəsində heç bir ciddi uğur əldə edilə bilmədi, təəsüf ki! Üstəlik ərazilərimizin 20 faizi işğal edildi və korrupsiya sistemi baş alıb getdi.

2003-2005-ci illərdəki uğursuzluqlardan sonra cəmiyyət 17 illik mübarizədən yavaş-yavaş yoruldu. Üstəlik hakimiyyətin çox tərəfli güclü təzyiqləri siyasi-ictimai sahəni ciddi biçimdə zəiflətdi və marjinallaşdırdı. Neft pullarının bir hissəsi ilə də cəmiyyətdə müəyyən sakitləşmə təmin edilməyə başlandı.

Sonra cəmiyyətdə müəyyən narazılıqlar artmağa başladıqda yenidən enerji yığılmağa başlandı. 2020-ci ildə bu enerji geosiyasi amilləri də nəzərən alacaq şəkildə Qarabağda ərazi bütövlüyümüzün təmin edilməsində çox ciddi bir nəticə aldı.

Yəni Azərbaycan cəmiyyətinin bugünkü vəziyyətini təhlil edərkən bu məqamları nəzərə almaq lazımdır!

Ancaq ətrafda baş verən siyasi dəyişiklik və seçki proseslərinə xalqımızın marağı bir şeyi aydın göstərir: Bu xalqın mütərəqqi dəyişikliklərə marağı var, bu maraq mütərəqqi siyasi proqrama və aktiv demokratik fəaliyyətə çevirəcək liderlər və siyasi partiyalara qalır!

QAZİLER.AZ

Diaspora