FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Bakıya qayıdır

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu Bakıya qayıdır backend

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu qayıdır.

Trend xəbər verir ki, xilasediciləri gətirən təyyarə bu gün təyyarə ilə Bakıya gələcəklər.

Xatırladaq ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin 2 qrupu ölkəyə qayıdıb.

 

 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.

Diaspora