ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistanla vasitəçi yox, tərəfdaşıq”

ABŞ Dövlət Departamenti:  “Azərbaycan və Ermənistanla vasitəçi yox, tərəfdaşıq” backend

ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi yox, tərəfdaşdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə ikən Moskvanın vasitəçilik rolunun əhəmiyyətini vurğulayan açıqlamasına dair verilən sualı şərh edərkən deyib.

“Bu sual tərəflərinin özünə olmalıdır və biz özümüzü heç bir digər vasitəçilik təklifi ilə qarşılaşdırmağa hazırlaşmırıq, biz mahiyyətcə vasitəçi deyilik. Biz iki ölkənin tərəfdaşıyıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkə ilə olan münasibətimizin xarakterini, iki ölkəni yaxınlaşdırmaq bacarığımızı, bizim Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə irəliləyişə yol açmaq istək və hazırlığımızı nümayiş etdirmişik”, - sözçü vurğulayıb.

Onun sözlərinə görə Vaşinqton bunu Moskva ilə rəqabətə girmək məqsədilə etmir:

“Biz bunu bu iki ölkə arasında uzun müddətdir davam edən mübahisənin və təəssüf ki, martın 5-də olduğu kimi, daim insanların həyatına son qoyan mübahisənin nizamlanmasına və həllinə nail olmaq üçün edirik. Burada bizim marağımız sülh və təhlükəsizlikdir. Bu, Ermənistan və Azərbaycan xalqlarının da maraqlarına uyğundur”.

Diaspora