"İnternet televiziyalara gün ərzində verdiyim müsahibələrdə bəzi izləyicilər şərhlərdə yazıblar ki, erməni separatçıların silah daşımaq üçün istifadə etdikləri yolları minalamaq lazımdır. Bu yanaşmada həqiqət payı var".
Qaziler.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu paylaşım edib. O vurğulayıb ki, erməni separatçıları Laçın yolunun xaricində müxtəlif cığırlardan istifadə edərək bölgəyə silah və sursat daşıyırlar:
"Əgər həmin çığır yolları hələ ki, tam nəzarətə götürə bilmiriksə, minalanma əməliyyatını həyata keçirmək mümkündür. Düşmən İkinci Qarabağ müharibəsindən sonra da yollarımızı minalayır. Müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə vətəndaşımızı itirdik. Onlar bunu bizə qarşı edirlərsə, biz niyə erməni separatçılarının silah daşımaq üçün istifadə etdikləri gizli yolları minalamayaq? Minaların xəritələri əlimizdə olacaq, separatçılığa və işğala son qoyduqda həmin minaları basdırıldıqları yerdən çıxara bilərik".
QAZİLER.AZ