Görüş Qətərin paytaxtı Dohada baş tutub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT baş katibi Antonio Quttereşlə görüşüb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə nazir tvitter hesabında paylaşım edib.
Görüş Qətərin paytaxtı Dohada BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransı çərçivəsində baş tutub.
“Zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür etdik. Əziz Əminə Ərdoğanın sıfır tullantı təşəbbüsü, Ukraynadakı vəziyyəti və İstanbul Taxıl Müqaviləsini müzakirə etdik”.- deyə nazir qeyd edib.