Türkiyədə 6-lı masadakı müxalifətin mənzərəsi: Kimin hansı şansı var?

Türkiyədə 6-lı masadakı müxalifətin mənzərəsi: Kimin hansı şansı var? backend

Məncə, Türkiyədə 6-lı masadakı müxalifətin mənzərəsi hazırda budur:

Meral Akşener istisna olmaqla diğər liderlər Kemal Kılıçdaroğlunun namizədliyini qəbul ediblər. Əgər Meral Akşenerin özünun seçilmə şansı olsaydı və ya əlində CHP-yə rəğmən İyi Partiya ilə birlikdə hərəkət edib qazana biləcək, ya da ikinci tura qalacaq bir namizəd olsaydı 6-lı masadan ayrılardi. Ancaq Meral Akşenerin əlində belə bir namizəd yoxdur, çünki Mansur Yavaş bunu istəmir, Əkrəm İmamoğlunun da istəsə belə CHP-yə rəğmən ikinci tura çıxma şansı yoxdur.

Dolayısıyla bu şərtlərdə Merak Akşener üçün ən uyğun variant "Kılıçdaroğlunun namizədliyinə müqavimət göstərdiyini həm partiyasına, həm də xalqa göstərib sonunda qəbul etməsi olduğu" görünür.

Fikrimcə, belə olması yüksək ehtimaldır. Bu şərtlərdə Kılıçdaroğlu uduzsa belə Meral Akşener partiya və xalq nəzdində bundan az məsul tutulacaq və ya heç tutulmayacaq.

"Kılıçdaroğlu namizəd olarsa qazana bilər" sualıni isə durum dəqiqləşsin və rəsmiləşsin elə təhlil edərik!

Politoloq Nazim Cəfərsoy

QAZİLER.AZ

Diaspora