Qarabağdakı erməni əhali ilə keçirilən görüşün açıqlanan detalları müəyyən sualları da yaratdı: Rusiya sülhməramlılarının “moderator” kimi iştirakı; Xocalıda keçirilən görüşdə bayrağımızın olmaması və s;
Hərçənd, məsul şəxs qismində Milli Məclisin deputatı Ramil Məmmədovun seçilməsi çox şeyi ifadə edir.
Və buradan bir neçə nəticə çıxır::
1. Azərbaycan öz vətəndaşı hesab etdiyi ermənilərlə qanunverici orqan üzərindən təmaslar qurur;
2. Qanunverici orqan üzərindən təmasın qurulması Qarabağdakı erməni əhalisinin nəinki Ermənistanın iddia etdiyi “tərəf” kimi yox, heç icma olaraq da qəbul edilmədiyi deməkdir;
3. Və bu həm də o deməkdir ki, istək və iddialara baxmayaraq, rəsmi Bakı erməni əhalisinin yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq şərtində israrlıdır;
Siyasi şərhçi Asif Nərimanlı
QAZİLER.AZ