Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib

Sergey Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib backend

“Həm neft, yanacaq, həm də sənaye sahəsində böyük işlər görürük. Rusiyanın enerji operatorları fəal şəkildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə qoşulmağa hazırdır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-də Bakıda keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

“Biz ötən il Ceyhun Bayramovla iki dəfə görüşmüşük. Müzakirələrdə Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı bir çox məsələləri də müzakirə etmişik”, - deyən Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarını Rusiyaya səfərə dəvət edib.

Diaspora