Lavrov: “Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk”

Lavrov: “Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk” backend

“Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir”.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, - o vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktik xarakter daşıyıb”.

Diaspora