“Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir”.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Sülh müqaviləsi layihəsi üzərində işin ilk günündən prosesin modallığı razılaşdırılıb. Bu ondan ibarət idi ki, vaxtaşırı nümayəndə heyətlərinin görüşləri keçirilir, orada o vaxt mövcud olan layihə müzakirə olunur. Görüşün sonunda fikir mübadiləsi aparılıb. Bu görüşlər faydalıdır - bir gün ərzində ətraflı danışmaq, qarşı tərəfin mövqeyini başa düşmək, arqumentlərinizi dilə gətirmək olar. Belə görüşlər keçirilib, üçüncüsü isə Moskvada planlaşdırılıb. İndi razılaşdırılmış formatın əyani görüşlərlə bağlı elementi çatışmır. Bu prosesi tam “öldürməmək” üçün Azərbaycan tərəfi şərhləri qəbul etməkdən və göndərməkdən imtina etmir. Onlayn diplomatiya şərhlərin verilməsidir. Biz bunu müqavilə üzrə danışıqların ən məhsuldar üsulu hesab edirikmi? Müəyyən irəliləyiş var, lakin biz hesab edirik ki, yanaşmalar nəticəyönümlü olsaydı, həmçinin müxtəlif növ xoşagəlməz sürprizlərlə qarşılaşma ehtimalımız az olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Düşünürəm ki, Ermənistan tərəfi, nəhayət, bu vəziyyətdə bu yanaşmanın qeyri-adekvat olduğunu, bu sənədin mahiyyətini, əhəmiyyətini anlayacaq və danışıqlar masasına qayıdacaq”.
O əlavə edib ki, Azərbaycan tərəfi öz növbəsində buna hazırdır.