Rusiya torpaqlarının bir hissəsini Ukraynaya buraxmağa hazırlaşır?

Rusiya torpaqlarının bir hissəsini Ukraynaya buraxmağa hazırlaşır? backend

"Deyəsən, axı Rusiya torpaqlarının bir hissəsini Ukraynaya buraxmağa hazırlaşır".

Qaziler.az xəbər verir ki, bu barədə jurnalist Azər Həsrət paylaşım edib.

"Urusyetin işi çətinləşib. Yerli mənbələrdən verilən məlumatlara görə, Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətləri – Bryansk, Kursk və Belqorodda mülki əhalini və texnikanı cəlb edərək çoxsaylı səngərlər qazdırırlar. Özəlliklə də tikinti şirkətləri işlərini buraxıb səngər qazmağa məcbur edilir. Bundan başqa sərhədə yaxın olan əhalini də Rusiyanın içərilərinə köçürürlər. Deyəsən, axı Rusiya torpaqlarının bir hissəsini Ukraynaya buraxmağa hazırlaşır. Halbuki özü Ukraynanı işğal etmək istəyirdi..."

QAZİLER.AZ

Diaspora