Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç martın əvvəlində Azərbaycana səfər edəcək.
Bu barədə Apa-nın sorğusuna cavab olaraq Serbiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Serbiya liderinin səfəri çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasında iştirakı planlaşdırılır.