Ermənistan hələ də Laçın yolundan sui-istifadə hallarının davam etdirilməsində maraqlıdır - Nazir

Ermənistan hələ də Laçın yolundan sui-istifadə hallarının davam etdirilməsində maraqlıdır - Nazir backend

Ceyhun Bayramov açıqlama veri

QAZİLER.AZ Trend.az istinadən xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, Ermənistanın yanaşmasında ziddiyyətlər var. Ermənistan Azərbaycan-Ermənistan arasında nəzarət buraxılış məntəqələrinin yaradılması təklifindən imtina edib.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 

 

Diaspora