Vardanyan Xankəndidə özünə 2-ci rüsvayçılığı hazırlayır...

Vardanyan Xankəndidə özünə  2-ci rüsvayçılığı hazırlayır... backend

"Azərbaycan prezidentinin tələbi Vardanyanın təkcə vəzifədən getməsi deyil, onun bütün Qarabağı tərk etməsidir".

Qaziler.az xəbər verir ki, bu fikirləri jurnalist Aydın Quliyev açıqlamasında deyib. O qeyd edib ki, Vardanyan Xankəndidə qondarma nazir vəzifəsindən getsə də, Azərbaycan prezidentinin tələbinin əsil mahiyyətini ya hələ anlamır, ya da ona sərf etmədiyi üçün anlamaq istəmir:

"Qondarma hökumətin iclasında bir sicilləmə ərizə oxuyub, özünü tox tutmaq ədasilə "əsgər istefa verməz" deyərək guya istefa verdiyini ört-basdır etməyə çalışlb, əslində isə açıq şəkildə "xarici təzyiqlərlə vəzifədən gedirəm, ancaq Qarabağda qalıram" deyib...

Onun anlamazlığı da elə buradadır. Azərbaycanın təzyiqi altında istefa verən Vardanyan Xankəndidə necə qala bilər? Onun bu niyyətinə Azərbaycan necə izn verə bilər? Vardanyan Xankəndinə gələndən nə hoqqalardan çıxmadı?! Azərbaycan prezidentinin tələbi Vardanyanın təkcə vəzifədən getməsi deyil, onun bütün Qarabağı tərk etməsidir. Vardanyan rüsvayçılıqla vəzifədən getdi, Xankəndidən qovulması onun üçün 2-ci rüsvayçılıq olacaq".

QAZİLER.AZ

Diaspora