Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər - Politoloq

Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər -  Politoloq backend

Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər, bu Paşinyanın da işinə yaradı.

Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə bugünkü telefon söhbətinin sətiraltı məqsədi bəllidir. Telefon zəngindən əvvəl erməni separatçılarının “lideri” Araik Arutunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Paşinyan bu istefanı istəyib. Ermənistanın baş naziri Araik Arutunyanın əli ilə Ruben Vardanyanı istefaya göndərdikdən sonra Putinə anlatmaq istəyib ki, prezident İlham Əliyevin istəyini yerinə yetirib və bunun qarşılığında Laçın dəhlizinin açılacağına ümid edir. Paşinyan Putinə Beynəlxalq Məhkəmənin Laçın yoluyla bağlı qərarını da xatırladıb", - deyə E. Şahinoğlu bildirib.

"Ruben Vardanyan Kremlin layihəsi idi, alınmadı, imtina etdilər, bu Paşinyanın da işinə yaradı", - deyən politoloq əlavə edib: "Putin Ukraynaya qarşı müharibə ilə özünü və ölkəsini dərin böhrana yuvarlandırıb, həyatında görmədiyi Laçın yolundakı vəziyyət onu narahat etmir. Üstəgəl Avropa İttifaqı müşahidə missiyasını Ermənistanda yerləşdirən Paşinyan Kreml sahibini qəzəbləndirib. Belə vəziyyətdə Putin Laçın yolundakı etirazla bağlı Bakıdan niyə nəsə xahiş etməlidir ki?"

QAZİLER.AZ

Diaspora