Yaraları birlikdə saracağıq - Çavuşoğlu

Yaraları birlikdə saracağıq - Çavuşoğlu backend

Livanlı həmkarı ilə birgə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən sonra gələn beynəlxalq yardımlara toxunub.

Türkiyə 18 gün əvvəl Kahramanmaraşda baş verən və 11 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələnin yaralarını sarıyır.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Livanın xarici işlər naziri Abdullah Buhabib və nəqliyyat naziri Əli Hami ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Çavuşoğlu zəlzələdən sonra gələn beynəlxalq yardımlara toxunaraq: “Yaraları birlikdə sağaldacağıq. Biz bunun öhdəsindən gələcəyik” - deyib.

QAZİLER.AZ

 

Diaspora