Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyədə səfərdədir.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Türkiyə rəsmiləri hökumət başçısını Ankara Esenboğa Beynəlxalq Hava Limanında qarşılayıblar.
Qaribaşvilinin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Cumhurbaşkanlığı Külliyəsində keçiriləcək danışıqlarda ikitərəfli və regional məsələlər müzakirə olunacaq.