Britaniya İranın Xəzər dənizində təhlükəsizliyi təhdid etdiyindən narahatdır - Politoloq

Britaniya İranın Xəzər dənizində təhlükəsizliyi təhdid etdiyindən narahatdır -  Politoloq backend

Böyük Britaniya İranın Xəzər dənizində təhlükəsizliyi təhdid etdiyindən narahatdır.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

"İranın Xəzər dənizində ölkəmizin ərazi sularına qarşı təcavüzü mümkündür və xüsusda  Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanın Sahil mühafizəsi xidmətinin rəisi ilə görüşüb. Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft çıxarılmasını həyata keçirir və platformaların təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. 

Bundan əlavə, Böyük Britaniya Mərkəzi Asiyadan qaz nəqlində maraqlıdır. Məhz Türkmənistandan Xəzər dənizinin dibi ilə qaz boru xəttinin çəkilməsi üçün ilk növbədə təhlükəsizlik ən başlıca amildir.  İran rejimi belə bir kəmərin çəkilməsinin əleyhinədir və Xəzər dənizində bir çox hallarda təhlükəli hərbi manevrlər edir. 
Hazırda İranin Azərbaycana qarşı qeyri-konstruktiv siyasətinə nəzər salsaq Xəzər dənizində Tehran rejiminin situasiyanı gərginlişdirməsi mümkündür. Ona görə də Böyük Britaniya Xəzər dənizində Azərbaycan Sahil mühafizəsinin və sektorunun təhlükəsizliyində maraqlıdır. Bu əməkdaşlıq Azərbaycan, Türkiyə və Böyük Britaniya formatı çərçivəsində də mümkün ola bilər", - politoloq bildirib.
 

Diaspora