Rusiya bu açıqlamaları ilə Baydeni aşağılayır - Elxan Şahinoğlu

Rusiya bu açıqlamaları ilə Baydeni aşağılayır - Elxan Şahinoğlu backend

"Guya Kreml təhlükəsiylik təminatı verməsəydi ABŞ prezidenti Kiyevə ayağını basmayacaqdı".

Qaziler.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elxan Şahinoğluna məxsusdur. O, şərhini bu şəkildə davam etdirib:

"Rusiya rəsmiləri ard-arda açıqlama verirlər ki, onlar Kiyevə getməsi üçün ABŞ prezidenti Co Baydenə təhlükəsizlik təminatı veriblər. Yəni demək istəyirlər ki, Bayden Kiyevdə olduğu saatlarda Ukraynanın paytaxtına zərbə endirməyəcəkdilər. Bu açıqlamalar Baydeni aşağılamaq məqsədi daşıyır. Guya Kreml təhlükəsiylik təminatı verməsəydi ABŞ prezidenti Kiyevə ayağını basmayacaqdı. Əlbəttə, Co Bayden Kiyevə gəlmədən öncə ABŞ kəşfiyyat strukturları prezidentin təhlükəsizliyi üçün bütün tədbirləri görüblər. Ancaq Kremlin təhlükəsizlik təminatına inanmaq olarmı? Baydenə ukraynalı həmkarı Volodimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər. O bu təklifi rədd edərək Kiyevə gedib".

QAZİLER.AZ

Diaspora