"Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var".
Qaziler.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlunun açıqlamasında qeyd edilir. Politoloq ABŞ liderinin Ukrayanaya səfərilə bağlı şərhində bildirib ki, Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olub:
"Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedər və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı. Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var. Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib. İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Volodimir Zelenskini əks-hücuma həvəsləndirəcək. Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib".
QAZİLER.AZ