Münhen Təhlükəsizlik konfransı başa çatıb

Münhen Təhlükəsizlik konfransı başa çatıb backend

 Münxen Təhlükəsizlik Konfransı öz işini bitirib. QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, kofransın sədri Kristofor Housgen konfransı bağlı elan edib. 

Kristof Heusgen bağlanışdakı çıxışında Avropa və Almaniyanı müdafiə xərclərinia artırmağa çağırıb, Ukraynaya dəstəyin genişləndirməyə çağırıb, hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasında Beynəlxalq Cinayət Məhkəməsinin rolunun artmasını vacib hesab edib. Eyni zamanda Konfrans çərçivəsində ABŞ və Çin xarici siyasət idarələrinin rəhbəri Entoni Blinken və Van İnin görüşünü yüksək qiymətləndirib, dünyaya növbəti münaqişənin lazım olmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qatıldığı Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda iştirak və çıxış edib. Konfrans çərçivəsində Münxendə Prezident İlham Əliyevin ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.

 

 

Diaspora