Avropa İttifaqına üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin 6-7 martda növbədənkənar iclası keçiriləcək.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Münxendə Təhlükəsizlik üzər Konfransda bildirib.
Avropa İttifaqına üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin iclası Ukraynaya əlavə silah və sursatların tədarükünün koordinasiyasına həsr olunacaq.
Cozep Borrel deyib ki, Avropa İttifaqı ölkələri bu gün malik olduqları bütün sursatları Ukraynaya göndərməlidir. Onun sözlərinə görə, hərbi sursatlar baxımından Ukraynada kritik vəziyyət yaranıb və bu həftə ərzində problem həll olunmalıdır.